Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Göygöl rayon təşkilatının Gənclər birliyinin fəalları və Könüllüləri ilə görüş keçirilib.

14 sentyabr 2020 | 16:00

Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu və Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini, YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev YAP Göygöl rayon təşkilatının Gənclər birliyinin fəalları və könüllüləri ilə görüş keçirmişdir. Görüşdə Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini , YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasından, onun keçdiyi şərəfli yoldan, Ulu öndər Heydər Əliyevin siyasi kursundan və bu siyasi xətti uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmiz üçün müstəsna xidmətlərindən söz açıb. Möhtərəm Prezident cənab İlham Əliyevin 17 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son son illər ərzində yeni mərhələyə daxil olmaqla ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirmiş, xalq-hakimiyyət birliyini monolit qüvvəyə çevirmişdir. Ölkəmizidə əldə olunan nailiyyətlərdə və qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının və Azərbaycan gəncliyinin özünəməxsus yeri olduğunu vurğulayan Turani Əliyev bütün sahələrdə gənclərə üstünlük verildiyini, onların gələcək inkişafı dövlət tərəfindən stimullaşdırıldığını və gənclərin dövlət idarəçiliyində irəli çəkildiyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar: Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.
Daha sonra Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu çıxış edərək son zamanlar ölkəmizdə baş verən ictimai-siyasi proseslərə toxunmuş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istqiamətində dövlətimizin başçısı tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü və bu istiqamətdə işlərin davam etdiyini qeyd edərək bildirib ki, gənclərimiz bu işdə aktiv olmalı və virusun geniş yayılmasının qarşısının alınması üçün əhali arasında maarifləndirici işlər davamlı olaraq aparmalıdır. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər münasibətini bildirən Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu döyüş zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, hərbçilərimizin mətinliyindən, mübarizliyindən söz açaraq xalqımızın öz ordusu ilə hər zaman fəxr etdiyini qeyd edib. On minlərlə azərbaycanlı öz ordusuna, Ali Baş Komandanına dəstəyini nümayiş etdirmək məqsədi ilə meydana axışmış, milli birlik nümayiş etdirmişdir. Gənclərimizin milli vətənpərvərlik ruhunun yüksək olması düşməndə xof yaratdığını, Azərbaycan gəncliyinin öz torpaqlarının ərazi bütövlüyü uğrunda hər an Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrinə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə iştirak edən YAP Göygöl rayon təşkilatının Gənclər birliyinin sədr müavini Vüqar Hüseynov və digər gənclər çıxış edərək, partiya gənclərinə göstərilən diqqət və qayığa görə öz minnətdarlıqlarını bildirmişdir. Gənclər əmin etmişdirlər ki, bundan sonrada öz məsuliyyətlərini dərindən dərk edərək YAP Gənclər birliyi işini günün tələbləri səviyyəsində quracaq və qarşıya qoyulmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcəkdir. Sonda YAP Göygöl rayon təşkilatının Gənclər birliyinin fəal gəncləri və Könüllüləri xüsusi Sertifikat və "Fəxri Fərman"larla təltif olunmuşdurlar.

Keçidlər