Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında iştirak edirlər

19 avqust 2020 | 16:00

“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada “Sərhədsiz dostluq” festivalı keçirilir. Festivalda Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edir.
Festivalda hərbçilər təmsil olunduqları ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını, rəqsləri ifa edirlər. Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar.
Eyni zamanda, festival çərçivəsində Azərbaycan Mədəniyyət Günləri keçiriləcəkdir. Bu tədbirdə xalqımızın qədim köklərə bağlı mədəniyyəti, folkloru, tarixi özündə əks etdirən müxtəlif stendlər, eksponatlar, suvenirlər, xalçalar, kitablar, Azərbaycanda istehsal edilən ərzaq və digər məhsullar təqdim olunacaq.
50-dək ölkədən mindən artıq musiqiçi, vokalist və rəqqasın iştirak etdiyi festival sentyabrın 5-dək davam edəcək.

Keçidlər