Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda arıçılıq təsərrüfatının stimullaşdırılması

07 avqust 2020 | 16:00

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamına uyğun olaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 (on) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına  subsidiyanın verilməsi müəyyən edilmişdir. Bu sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” (bundan sonra – Qayda) qəbul edilmişdir. Göygöl rayonunda 2018-ci ildə 299 arıçıya saxladıqları 6920 arı ailəsinə görə 69200 manat, 2019-cu ildə 340 arıçıya saxladıqları 7159 arı ailəsinə görə 71590 manat subsidiya ödənilmişdir. 2020-ci il üçün arıçılara subsidiya verilməsi məqsədi ilə 425 arıçının sənədləri Elektron Kənd Təsərrüfatı İnformasiya sisteminə daxil edilmişdir. 

Keçidlər