Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl və Kəlbəcər gənclərinin birgə iştirakı ilə "Vətənin müdafiəsinə hazırıq" mövzusunda virtual görüşü keçirildi.

27 iyul 2020 | 16:00

Görüşdə Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşir oğlu iştirak edərək gənclərə öz dəyərli fikir və tövsiyyələrini çatdırmışdır.

Həmçinin görüşdə Göygöl rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüqar Hüseynov, Göygöl və Kəlbəcər rayon Gənclər və İdman idarəsinin rəisləri Zaur Abbasov və Musa Məmmədov çıxışlarında düşmənə qarşı mübarizədə olduqca həssas olan bu dövrdə Azərbaycan gəncliyinin yüksək vətənpərlik nümayiş etdirdiyini, ölkə başçısı İlham Əliyevin çağırışı ilə minlərlə gəncin orduda könüllü xidmət etmək üçün qeydiyyata alınması barədə müraciət etdiklərini, bu gün Azərbaycan Ordusunun ölkə başçısının diqqət və qayğısı nəticəsində ən müasir silah və döyüş texnikaları ilə təchiz olunduğunu, bunun nəticəsində təxribata yol vermiş düşmənə sarsıdıcı zərbələr vurulduğunu, bütün sahələrdə olduğu kimi, informasiya müharibəsində də düşmənlə mübarizədə gənclərin xüsusi fəallıq nümayiş etdirdiklərini vurğulayıb.
Tədbirdə iştirak edən gənclər Azərbaycan gəncliyinin Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrlərini icra etməyə hazır olduqlarını vurğulayıblar.

Keçidlər