Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Gənclər Birliyinin təşkil etdiyi online yay düşərgəsi öz işini davam etdirir

21 iyul 2020 | 16:00

Videokonfransın moderatoru Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov yay düşərgəsinin iştirakçılarını salamlamış, mövzunu gənclərin diqqətinə çatdırmışdır.
Videokonfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova bu tipdə yay düşərgəsinin keçirilməsini müsbət hal hesab etdiyini söyləmiş, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzunda mühazirə demişdir. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə istər birinci, istərsə də ikinci qayıdışı dövründə Azərbaycanın müstəqilliyi, suverenliyi, rifahı və ən əsası Azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində xeyli sayda köklü işlərin görüldüyünü vurğulamışdır. Ana dilimizin qorunması, vətənçilik, azərbaycançılıq terminlərinin yaranmasının, məhz, Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd etmişdir.
200-ə yaxın gəncin iştirak etdiyi onlayn seminarda gənclər mövzu ətrafında fikirlərini bildiriblər. Tədbirdə ətraflı fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb.

 

 

Keçidlər