Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak etmişdir.

27 iyun 2020 | 16:00

Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Ölkə rəhbəri cənab İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı aşağıdakı məsələlərə toxunmuşdur. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Hərbi hissələrdə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb.
Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. 1700 zabit mənzillə təmin olunub və bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilməsi nəzərdə tutulur. Hərbçilərin əmək haqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.
Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Strateji obyektlər ən yüksək səviyyədə qorunur. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun.
Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir.
Müdafiə Sənayesi Nazirliyi hərbi tələbatın mühüm hissəsini istehsal edir. Prezidentin sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi. Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi.
Ordunun döyüş qabiliyyətinin artırılması şərtdir. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir; İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.
Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Avropa Şurası, ATƏT Ermənistandakı diktatura və antidemokratik rejiminə qarşı qalır.
Ermənistanın inkişaf perspektivləri yoxdur və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Ermənistanda qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Ermənilərin qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur, indi bütün dünya bunu bilir;
20 il ərzində bu “müstəqil” ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi.

 

Keçidlər