Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzi bu gün geniş fəaliyyət göstərir

22 iyun 2020 | 16:00

Ölkəmizdə digər sahələrdə aparılan islahatlarla yanaşı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən aqrar islahatlar öz bəhrəsini verməkdədir. Hazırkı dövrdə heyvandarlığın daha sürətlə inkişaf etdirilməsində, yeni məhsuldar cinslərin yetişdirilməsində, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında və qısırlığın aradan qaldırılmasında süni mayalanmanın çox böyük əhəmiyyəti vardır.
Süni mayalanma işinin daha da genişləndirilməsi məqsədi ilə  Respublika Süni Mayalama Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında “ 14 fevral 2006-cı il tarixli 46 nömrəli qərarı ilə yaradılmışdır.
Respublika Süni Mayalanma Mərkəzi yüksək məhsuldar törədicilərdən toxum alıb, mal-qara arasında süni mayalama tədbirlərini təşkil etməklə, mal-qaranın cins tərkibinin yaxşılaşdırmasına, heyvanların məhsuldarlığının  və damazlıq heyvanların baş sayının artırılmasına xidmət edir.
Göygöl rayonu üzrə 2020-ci ilin yanvar-may ayları üzrə 635 baş iribuynuzlu heyvan süni yolla mayalandırılmış və 284 baş buzov doğulmuşdur.
“Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə “Süni mayalanma yolu ilə alınmış hər  buzova görə subsidiyanın verilməsi Qaydası”  təsdiq edilmiş və süni mayalanma yolu ilə alınmış hər baş buzova görə dövlət büdcəsi vəsaiti hesabına 100 manat məbləğində subsidiya ödənilir.
Subsidiya verilməsi məqsədi ilə 2020-ci ilin yanvar-may ayları üzrə Göygöl rayonunda süni mayalanma yolu ilə alınmış 278 baş buzov “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS)-də qeydiyyata alınmışdır.

Keçidlər