Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq işləri aparılır.

16 iyun 2020 | 16:00

2019/2020-ci tədris ilində Göygöl rayonu üzrə buraxılış imtahanlarının  keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən dörd  mərkəz (şəhər 1, 5 və 6 nömrəli və Üçtəpə kənd tam orta məktəbləri) seçilmişdir. Həmin məktəblərin  sanitar qovşaqları tam işlək vəziyyətdədir və fasiləsiz axar su ilə təmin olunmuşdur.
İmtahanların təşkil olunması ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş tapşırıq və tövsiyələr yerinə yetirilib. 
18 iyun 2020-ci il tarixdə 11-ci  sinif şagirdləri üçün keçiriləcək yekun qiymətləndirmə imtahanları ilə bağlı 16 iyun 2020-ci il tarixdə imtahan binalarında dezinfeksiyaedici tədbirlər həyata keçirilmişdir.

Keçidlər