Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon ictimaiyyəti ölkə rəhbərinin həyata keçirdiyi korrupsiyaya qarşı siyasətini dəstəkləyir

12 may 2020 | 16:00

Məlum olduğu kimi son günlər Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən korrupsiya hallarına yol verən şəxslərə qarşı həbslərə başlanılıb. Həyata keçirilən bu cür tədbirlər bölgələrdə xüsusi rəğbətlə qarşılanmaqdadır. Göygöl rayonunda yaşayan ziyalılar tərəfindən Prezident İlham Əliyevin rüşvət və korrupsiya hallarına qarşı tutduğu barışmaz mövqeyi yüksək qiymətləndirilib və bu istiqamətdə ölkə başçısına dəstək ifadə olunub. Qeyd olunub ki, cənab Prezidentimiz xalqımızın COVİD-19 pandemiyasından az itki ilə  çıxmasına çalışdığı bu dövrdə həmin məmurların bu cür hərəkətləri xalqımıza və dövlətimizə qarşı xəyanət kimi qiymətləndirilir.  Əhalinin sözlərinə görə aparılan mübarizə tədbirləri onu göstərdi ki, dövlət başçısının  tövsiyələrinə əməl etməyən, çirkin oyunlarından əl çəkməyən həddə yüksək vəzifə tutmuş məmurlarda məsuliyyətdən yayına bilməyəcəklər.    .  

Keçidlər