Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gündən maskasız evdən çıxmaq qadağan edilir

09 may 2020 | 16:00

Bu gündən ölkə ərazisində tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilir.

Reydlərdə vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusilə iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunacaq.Bu qaydalara riayət etməyən vətəndaşlarımız barəsində inzibati qaydada tədbirlər görüləcək (cərimələnəcək). Eləcə də tibbi maskadan istifadə etməyənlərin ictimai nəqliyyata və qapalı məkanlarına girişinə məhdudiyyətlər qoyulacaq.

Keçidlər