Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 28-ci ildönümü Göygöl rayonunda qeyd olunub

26 fevral 2020 | 16:00

26 fevral 2020-ci il tarixdə Göygöl rayon Mədəniyyət mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti, ümumtəhsil məktəb şagirdləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl tədbir iştirakçıları Mədəniyyət mərkəzinin foyesində təşkil olunmuş rəsm sərgisinə və  Xocalı soyqırımına həsr olunmuş filmə baxış keçiriblər.
Saat 17.00-da Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda Xocalı soyqırımının 28-ci ildönümü münasibəti ilə Göygöl şəhər 1 nömrəli tam orta məktəbin  təşkil etdiyi ədəbi-bədii kompozisiyası təqdim olunub. 

Keçidlər