Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın Azərbaycandakı Səfiri Göygöl rayonuna səfər etdi.

05 noyabr 2019 | 16:00

     Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Volfqanq Maniq 05 noyabr 2019-cu il tarixdə Göygöl rayonuna səfər etdi. Səfər çərçivəsində cənab Volfqanq Maniq Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidovla görüşdü. Görüşdə alman azərbaycan xalqlarının dostluq münasibətlərindən danışıldı. 
     Səfər çərçivəsində qonaqlar alman yaşayış məskənləri ilə də tanış oldular, Göygöl şəhər 7 illik uşaq musiqi məktəbinin xor kollektivinin çıxışını dinlədilər, Bayraq meydanına və “Göygöl” Milli parkına ekskursiya etdilər. Göygöl rayonundan qonaqlar xoş təəssüratla ayrıldılar.

 

Keçidlər