Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqillik günü” münasibəti ilə Göygöl rayon gənclərinin yürüşü keçirilib.

16 oktyabr 2019 | 16:00

Göygöl rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” şüarı altında yürüş keçirilib. Göygöl rayon İcra Hakimiyyətinin və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yürüşdə rayon məktəbliləri və gəncləri yaxından iştirak ediblər. Yürüş iştirakçıları əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldıraraq “Müstəqilliyimiz əbədidir”, “Qarabağ Azərbaycandır və nida !” şüarları səsləndiriblər. Tədbir məktəblilərin Bayraq meydanında təşkil etdiyi bədii proqram və fləşmobla başa çatıb. 

 

 

Keçidlər