Home Contact Phone facebook twitter youtube instagram
background
  • Ünvan: AZ 2500, Azərbaycan Respublikası, Göygöl rayonu, Azay Kazımov küç 1a
  • Faks: (+994 2220) 5-30-13
  • E-mail: mail@goygol-ih.gov.az

Xəbərlər

  • Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ink...

    Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf edir.

    2020-09-05

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.

  • Türkiyə-Azərbaycan təlimləri - düşmənə g...

    Türkiyə-Azərbaycan təlimləri - düşmənə göz dağı verdi

    2020-09-04

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.

  • Bakıda “Dəniz kuboku” müsabiqəsinin bağla...

    Bakıda “Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib

    2020-09-04

    “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsinin sentyabrın 4-də bağlanış mərasimi keçirilib.

  • Özünüməşğulluq proqramı haqqında məlumat

    Özünüməşğulluq proqramı haqqında məlumat

    2020-09-03

    Azərbaycan Respublikasının sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasından ibarətdir. Bu istiqamətdə bir çox addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 07.04.2016-cı il tarixində “Özünüməşğulluq” proqramı ilə bağlı imzaladığı Sərəncam çox böyük əhəmiyyət kəsb edir. Sözügedən Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

  • Əhali ordu quruculuğu istiqamətində Prezidenti...

    Əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir

    2020-09-02

    Azərbaycan Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Silahlı qüvvələrə xüsusi diqqətin ayrılmasını təbii ki, hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması şərtləndirir. Keçirilmiş sorğunun nəticələri aydın göstərdi ki, əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir.

  • "Şəhidlər unudulmur"

    "Şəhidlər unudulmur"

    2020-09-02

    Göygöl gənclərindən nümunəvi addım. Göygöl rayon Gənclər və idman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin təşəbbüsü ilə könüllü gənclərinin "Şəhidlər unudulmur" devizi altında Şəhidlər xiyabanını ziyarət edərək onların əziz xatirəsini yad edib, təmizlik işləri aparıb və ətrafı səliqə-sahmana salıblar.

  • Yeni Azərbaycan Partiyası Göygöl rayon təşki...

    Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının və Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə aksiya keçirilib.

    2020-09-02

    Keçirilən aksiya zamanı rayonun "Bayraq Meydanı" ərazisinə 1000 metr uzaqlığından suvarma məqsədi ilə su xəttinin çəklişində yaxında iştirak edildi. Aksiyada fəal YAP üzvləri, Gənclər Birliyinin üzvləri və Könüllülər iştirak etdilər!

  • COVID-19 pandemiyası ilə mübarizə məqsədilə...

    COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri davam etdirilir.

    2020-09-01

    YAP Göygöl rayon Gənclər Birliyinin, əməkdaşlarının və idarədə fəaliyyət göstərən könüllü gənclərin iştirakı ilə rayon ərazisində COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri davam etdirilir.

  • Şəmkir şəhərində keçirilən Atletika idman ...

    Şəmkir şəhərində keçirilən Atletika idman növünün kross üzrə 2004-2005 və 2006-2007 ci il təvəllüdlü oğlan və qızlar arası Ölkə Birinciliyi keçirilmişdir.

    2020-08-31

    27-29 avqust 2020-ci il tarixlərdə Şəmkir şəhərində keçirilən Atletika idman növünün kross üzrə 2004-2005 və 2006-2007 ci il təvəllüdlü oğlan və qızlar arası Ölkə Birinciliyi keçirilmişdir.Birincilikdə Göygöl rayon komandasından Bayramova Aysu 800 metr məsafədə I yerə layiq görülmüş və Göygöl komandası ümumi hesabda III yerin qalibi olmuşdur.İdmançılarımızı təbrik edirik.

  • “İnsanların sağlamlığı bizim üçün əsas...

    “İnsanların sağlamlığı bizim üçün əsas məsələdir” - Prezident

    2020-08-31

    “Pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib”.

  • “Xüsusi karantin rejimi dövründə Azərbaycan...

    “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə

    2020-08-30

    “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  • Azərbaycan ərazisində xüsusi karantin rejimi b...

    Azərbaycan ərazisində xüsusi karantin rejimi bu tarixədək uzadılıb

    2020-08-29

    Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşmiş, yoluxma hallarının kəskin azalmasına nail olunmuşdur.

  • Göygöl rayonunun Toğana kəndində qazlaşma i...

    Göygöl rayonunun Toğana kəndində qazlaşma işləri tamamlanmaq üzrədir

    2020-08-28

    Cari ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrindən biri də Göygöl rayonunun Toğana kəndidir. Bu kənddə bir neçə aydır ki, işlərə start verilib.

  • Göygöl rayonunda COVİD-19 infeksiyasına qarş...

    Göygöl rayonunda COVİD-19 infeksiyasına qarşı bir sıra inzibati binalarda dezinfeksiya işləri aparılıb

    2020-08-27

    Göygöl rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı bir sıra inzibati binalarda dezinfeksiya işləri aparılıb.

  • Azərbaycan tankçıları “Tank biatlonu” müs...

    Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində hədəfləri sərrastlıqla məhv ediblər

    2020-08-26

    “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir

    2020-08-25

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

  • “Könüllülər kuboku” turniri keçirildi

    “Könüllülər kuboku” turniri keçirildi

    2020-08-24

    21 avqust 2020-ci il tarixdə Göygöl rayon Gənclər və İdman İdarəsinin, YAP Göygöl Rayon Təşkilatı GB və Gənclərin Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 16-29 yaşlı oğlan və qızlar arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirildi.

  • Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası...

    Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı müraciət edib.

    2020-08-22

    Bu il Aşura dünyada davam edən koronovirus pandemiyası dövrünə təsadüf edir. Aylardır ki koronovirus pandemiyası bütün dünyanı cənginə alıb, yüz minlərlə insan bu qorxunc bəla üzündən həyatını itirib, milyonlarla insan xəstəxanalarda ölümlə həyat arasında mübarizə aparmaqdadır. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan, hələ də səngiməyən bu bəlanın aradan qaldırılması yönündə dünya birliyi böyük səylə çalışır. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar.

  • Göygöl rayonunda reydlər davam etdirilir.

    Göygöl rayonunda reydlər davam etdirilir.

    2020-08-21

    Göygöl rayonunda İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış mobil qruplar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tətbiqi ilə bağlı rayon ərazisində sakinlərin sıx toplaşdığı məkanlar, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda ictimai maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə reydlər həyata keçirir.

  • Su bol olanda, məhsul da bol olur

    Su bol olanda, məhsul da bol olur

    2020-08-20

    Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir.

  • Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz ...

    Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında iştirak edirlər

    2020-08-19

    “Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada “Sərhədsiz dostluq” festivalı keçirilir. Festivalda Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edir.

  • Müdafiə naziri Zakir Həsənov gənclərlə gör...

    Müdafiə naziri Zakir Həsənov gənclərlə görüşdü

    2020-08-19

    Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları bu dəfə Müdafiə naziri Zakir Həsənovla görüşdülər.

  • İctimai iaşə müəssisələrinin açıq hava sa...

    İctimai iaşə müəssisələrinin açıq hava sahələrində koronovirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodik göstərişlər.

    2020-08-18

    Sənəd ictimai iaşə müəssisələrdə çalışan əməkdaşlar və əhalinin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

  • Könüllülərimiz öz nümunələrində sosial m...

    Könüllülərimiz öz nümunələrində sosial məsafənin qorunmasının əhəmiyyətini nümayiş etdirir

    2020-08-17

    Könüllülərimiz öz nümunələrində sosial məsafənin qorunmasının əhəmiyyətini nümayiş etdirir, "Bir-birimizi qoruyaq!" kampaniyası çərçivəsində sakinlər arasında koronavirus (COVID-19) pandemiyası dövründəki davranış qaydaları barədə ictimai maarifləndirmə işləri aparır. Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!

  • AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

    AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

    2020-08-15

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

əvvəlki [3] növbəti