Ölkə rəhbərinin tapşırığına uyğun olaraq “Ölkəmizi tanıyaq” devizi altında Neftçala, Salyan, Şirvan, İmişli, Abşeron, Sabunçu, Şuşa, Zəngilan, Nərimanov, Binəqədi rayonlarından gəlmiş məktəb şagirdləri üçün Göygöl rayonunda ekskursiya turu təşkil olundu. Tur çərçivəsində şagirdlər Göygöl rayon Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə, Bayraq muzeyinə və “Göygöl” Milli parkına ekskursiya etdilər. Eyni zamanda şagirdlər alman yaşayış məskənləri ilə də tanış oldular. Göygöl rayonundan şagirdlər xoş təəssüratla ayrıldılar.