Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Göygöl rayonuna səfər etdi

04 oktyabr 2018 | 16:00

Türkiyə Respublikasının Gəncə şəhərindəki Konsulluğuna yeni təyin olunmuş  Baş Konsul cənab Zeki Öztürk  tanışlıq məqsədilə Göygöl rayonuna səfər etdi. Səfər çərçivəsində qonaq Göygöl rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovla görüşdü.
       Görüş zamanı qonağa Göygöl rayonu haqqında ətraflı məlumat verildi və  rayonun geniş turizm imkanları olduğu bildirildi. Cənab Zeki Öztürk  Göygöl rayonunun turizm bölgəsi olduğunu nəzərə alaraq Türkiyənin uyğun bir şəhəri ilə qardaşlaşması məsələsi vurğuladı.
        Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi və xatirə şəkli çəkildi.

Keçidlər