Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Şəmşirin 125 illik yubileyi Göygöl rayonunda təntənəli şəkildə qeyd olundu

07 iyun 2018 | 16:00

Əməkdar İncəsənət xadimi Aşıq Şəmşir Qocayevin 125 illik yubileyinin təntənəli şəkildə qeyd olunması barədə Möhtərəm Prezident cənab İlham Əliyev müvafiq Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı Şəmkir Regional Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Göygöldə Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsertdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Kəlbəcər Rayon  İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, “Aşıq Şəmşir” İctimai Birliyinin nümayəndələri, Azərbaycanın tatınınmış aşıqları və Göygöl rayon ictimaiyyəti iştirak etdilər. Konsertin aparıcıları çıxış edərək Aşıq Şəmşirin yaradıcılığı barədə ətraflı məlumat verərək bildirdilər ki, Dədə Şəmşir 1893-cü ildə Kəlbəcər rayonunda ustad sənətkar Ağdabanlı Qurbanın ailəsində anadan olmuş 1980-ci ildə rəhmətə getmişdir. . Atası məşhur sənətkar Ağdabanlı Qurbandan və Aşıq Ələsgərdən şəyird  dərsləri götürmüş Aşıq Şəmşir 1915-ci ildən bağlayaraq özü müstəqil aşıqlıq həyatına başlamışdır. Ustad sənətkar həm klassik aşıq havalarının mahir ifaçısı kimi tanınmış və həm də aşıq sənətinə yeni aşıq bəstələri gətirmişdir. Bu bəstələr aşığın istedadı, bilgisi, ənənələrə sadıqliyi və əzmi hesabına başa gəlmişdir.
1973-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə sənətkarı “Şərəf nişanı” ordeninə layiq görmüşdür. Bu gün ustadın yaradıcılığının Türkiyə və İranda öyrənilməsi və təbliği istiqamətində uğurlu işlər görülməkdədir.
        Konsertdə Azərbaycanın tanınmış aşıqları çıxış edərək ustadın bəstələrini ifa etdilər.
Konsertin sonunda  çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov  bildirdi ki, Aşıq Şəmşirin Göygöl rayonunda mütəmadi olaraq yaradıcılıq gecələri və yubileyləri keçirilir,  Aşıq Şəmşirin 125 illik yubileyinin təşkil edilməsi ilə bağlı  Möhtərəm Prezident cənab İlham Əliyev müvafiq Sərəncamının icrası ilə əlaqədar Göygöl rayonunda bu tədbirin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz dərin minnətdarlığını bildirdi.

Keçidlər