Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Olimpiya İdman Kompleksində Uşaq Paralimpiya İdman Festivalı keçirildi

07 iyun 2018 | 16:00

Göygöl rayon Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Uşaq Paralimpiya İdman Festivalı keçirildi. Festivalda   Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Azərsell və BP rəsmiləri və Göygöl rayon ictimaiyyəti, könüllülər və məktəblilər iştirak etmişlər.
Festivalda 8 İdman növü üzrə 110 idmançı yarışmış, eyni zamanda Festivala Gürcüstan Respublikasından 6 nəfər idmançı cəlb olunmuş, qaliblər  Milli Paralimpiya Komitəsinin diplomu və medalları, Azercell və BP şirkətinin qiymətli hədiyyələri ilə təltif edilmişlər.

Keçidlər