Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “İnkişaf və əməkdaşlıq üçün vətəndaş cəmiyyəti: Azərbaycan və Gürcüstan sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində təlim keçirildi

02 iyun 2018 | 16:00

Göygöl rayonunda “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi və KODA İcma Təhsil Mərkəzinin (Gürcüstan) birgə həyata keçirdiyi “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstan sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində təlim keçirildi. Təlimdə Layihə rəhbərləri, və eləcə də Göygöl rayonunda turizmin inkişafına töhfə verə biləcək insanlar -RİH rəsmiləri, turizm sektorunda çalışanlar, otel işçiləri, kənd bələdiyyələri və yerli ərazi idarəetmə nümayəndələri, qoruq işçiləri, bələdçi olmaq istəyən gənclər iştirak etdilər
Təlimdə çıxış edən ekspertlər  bildirdilər ki, layihə Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilir və bu  layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunur. Təlimdə əsasən regionda və Göygöl rayonunda turizmin bugünkü vəziyyəti təhlil edildi. turizmin inkişafını şərtləndirən təbii, sosial-iqtisadi, demoqrafik, ekoloji xüsusiyyətlərdən, regionlarda turizm sahəsinin inkişafı məqsədi ilə mövcud problemlərin müəyyən edilməsi və onların həlli yollarından, regionda turizm ehtiyatlarından səmərəli istifadə olunması istiqamətlərindən, ehtiyatların təsnifləndirilməsi və qiymətləndirilməsindən, regionlarda turizm-ekskursiya marşrutlarının tərtib və tətbiq edilməsindən, regionlarda turizmin inkişafına nail olmaq üçün innovativ yanaşmanın və reklam-informasiya təminatının həyata keçirilməsindən, peşəkar bələdçilərin hazırlanmasından, hostellərin yaradılmasının həm də əhalinin məşğulluq, sosial və iqtisadi problemlərinin həllinə dəstək verəcəyindən danışıldı.
Sonda Göygöl rayonunun Aşıqlı, Yeni Zod, Mixaylovka, Göyçəkənd, Çaykənd və Toğanalı kəndləri pilot olaraq  turizmin inkişafı üçün seçildi.

Keçidlər