Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib

27 aprel 2018 | 16:00

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Gəncə-Qazax iqtisadi rayonu üzrə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib. İşgüzar forumda  Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktor müavini Arif Vəliməmmədov iştirak edib.
Forum sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədi ilə təşkil olunub. İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Göygöl rayonunun iqtisadi potensialına uyğun olaraq bal emalı və qablaşdırılması, habelə süd emalı müəssisələrinin, cins heyvandarlıq kompleksinin, kartofçuluq və üzümçülük təsərrüfatlarının, kənd turizmi və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub. 
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 35 sahibkara 7,3 milyon manat güzəştli kredit verilib.  Verilən kreditlər aqroparkın yaradılması, un məmulatlarının, tikinti materiallarının istehsalı, üzümçülük, tərəvəzçilik, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yeri açılacaq.

Keçidlər