Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi

07 mart 2018 | 16:00

“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Göygöl rayon Mədəniyyət Mərkəzində rayon tədbiri keçirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin bu müəssisələrdə çalışan fəal qadınlar iştirak etdilər.  Tədbirdə çıxış edən natiqlər əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək bildirdilər ki, dövlət qayğısının nəticəsidir ki, qadınlarımız ölkəmizin bütün sahələrində təmsil olunurlar.
Bundan əlavə çıxış edən natiqlər   Azərbaycan Respublikası Prezidentinin Birinci vitse-prezidenti hörmətli Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulayaraq,  bildirdilər ki, Mehriban xanım Heydər Əliyev Fondunun  və  Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO  və  ISESCO-nun xoşməramlı səfiri,  Gimnastika Federasiyasının Prezidenti, “Azərbaycan-İrs” jurnalının baş redaktoru olaraq, aktiv ictimai-siyasi fəaliyyət göstərir. O, özündə Azərbaycan xalqının ənənələrini və müasirliyi birləşdirir, eyni zamanda gözəl ana, Azərbaycan Respublikası Prezidentinin layiqli həyat yoldaşıdır. Onun mütərəqqi fəaliyyəti quruculuğa, insanın inkişafı üçün zəruri şəraitin yaradılmasına, Azərbaycan xalqının tarixi və mədəni irsinin qorunub daha da zənginləşdirilməsinə, gənclərin humanizm, mərhəmət, öz millətinə hörmət və dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsinə yönəlir. O özünün həyat və fəaliyyəti ilə hər bir Azərbaycanlı qadını üçün nümunədir.
Sonra ölkə rəhbərinin müvafiq Sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunmuş “Göygöl” rayon qəzetinin redaktoru Bənövşə Məmmədovaya medalın təqdimatı keçirildi. Rayonun  ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadına Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və xatirə hədiyyələri təqdim olundu. Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı.

Keçidlər