Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı qeyd edilmişdir

30 sentyabr 2017 | 16:00

Göygöl rayonunda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı qeyd edilmişdir. Tədbir iştirakçıları Göygöl rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevi heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildirmişlər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq mühafizə orqanlarının və idarə müəssisə rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndəli iştirak etmişdirlər.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov başda Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralov olmaqla bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək, xoş arzularını çatdırdı. Tədbirdə çıxış edən Göygöl rayon Prokuroru Rauf Məmmədəliyev ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verdi və  göstərilən bu diqqətə görə minnətdarlığını bildirdi.

Keçidlər