Şriftin ölçüsü :

Saytın rəngi :

Çağırışçılar mütəşəkkil şəkildə hərbi xidmətə yola salındılar

05 iyul 2017 | 16:00

05 iyul 2017-ci il tarixdə Göygöl Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin təşkilatçılığı ilə Göygöl rayonu üzrə vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Qanunvericilikdə nəzərdə tutulmuş Silahlı Birləşmələrinə, habelə Xüsusi Birləşmələrə Həqiqi Hərbi Xidmətə yola salınma və Həqiqi Hərbi Xidmətdən ehtiyata buraxılan hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirildi. İlk növbədə çağırışçılar Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Sonra isə çağırışçılar tibbi müayinədən  keçirildilər.
Çağırışçıların hərbi xidmətə yola salınma mərasimində Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, valideynlər, rayon ictimaiyyəti və mətbuat işçiləri iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər çağırışçıları və onların valideynlərini təbrik edərək, çağırışçılara doğma vətənimizin müdafiəsi kimi bu şərəfli yolda uğurlar dilədilər və  vətəndaşların həqiqi hərbi xidmətə yola salınması böyük ruh yüksəkliyi ilə həyata keçirildiyini qeyd etdilər.
Eyni zamanda tədbirdə Həqiqi Hərbi Xidmətdən ehtiyata buraxılan hərbi vəzifəlilərin qarşılanma mərasimi də keçirildi. Ordudan tərxis olunanlara hərbi biletləri və xatirə hədiyyələri təqdim olundu. 
Tədbir Göygöl rayon Mədəniyyət evinin təşkil etdiyi konsert  proqramı ilə başa çatdı.

Keçidlər