Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “15 İyun - Milli Qurtuluş Günü“ münasibəti ilə tədbir keçirildi

14 iyun 2017 | 16:00

“15 İyun - Milli Qurtuluş Günü” münasibəti  ilə  Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulduqdan sonra Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında elmi-praktiki konfrans, sonra isə  Heydər  Əliyev parkında ümumrayon  tədbiri   keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Milli Məclisin Deputatı Rövşən Rzayev,  rayon İcra Hakimiyyəti başçısının Aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər “15 İyun Mili Qurtuluş Günü”nün mahiyyəti barədə geniş və ətraflı məlumat verərək, qeyd etdilər ki, 1993-cü ilin 15 iyun günü tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki,  Heydər Əliyev tək bugünkü Azərbaycanın yox, sabahkı   Azərbaycanın  da  memarıdır. Bu gün Heydər Əliyev siyasi məktəbinin İlham Əliyev kimi layiqli yetirməsi var.  Respublikamızın Prezidenti cənab İlham Əliyevə siyasətçi, iqtisadçı, diplomat və təşkilatçı olaraq böyük rəğbət bəsləyən Azərbaycan xalqı Azərbaycan dövlətinin bu gün olduğu kimi, sabah da möhkəm əllərdə olacağına əmindir.
     Heydər Əliyev parkında təşkil olunmuş konsertdə isə Azərbaycanın tanınmış müğənniləri çıxış etdilər.

Keçidlər