Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror cənab Zakir Qaralov Göygöl rayonunda vətəndaşları qəbul etdi

27 may 2017 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror cənab Zakir Qaralov mayın 27-də  Göygöl rayon prokurorluğunun inzibati binasında Göygöl, Goranboy, Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonları və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış heykəli önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda 36 vətəndaş qəbul edilmişdir. Onların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər