Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının X konfransı keçirildi

18 may 2017 | 16:00

18 may 2017-ci il tarixdə rayon Mədəniyyət mərkəzində Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının X konfransı keçirildi. Konfransın işində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Milli Məclisin Deputatları Rövşən Rzayev, Musa Quliyev, Pərvin Kərimova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın məsul işçisi Rəfail Gülməmmədov, ərazi ilk partiya təşkilatlarından seçilmiş nümayəndələr və media işçiləri iştirak etdilər.
Əvvəlcə konfrans iştirakçıları Göygöl Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad etdilər. Sonra rayon Mədəniyyət mərkəzində konfrans öz işinə başladı. Konfransı Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Turani Əliyev  açaraq hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş məruzə ilə çıxış etdi və bildirdi ki,  Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə edir. Bundan əlavə qeyd olundu ki,  ötən müddət ərzində YAP Göygöl rayon təşkilatı səmərəli inkişaf yolu keçmişdir. Hal-hazırda YAP Göygöl  rayon təşkilatı öz ətrafında 121 ərazi ilk partiya təşkilatını birləşdirir.  Bu gün YAP Göygöl rayon təşkilatının üzvlərinin sayı 5065 nəfərdir, bunlardan 1742 nəfəri gənclər, 2607 nəfəri isə qadınlardır.
Hesabat məruzəsindən sonra YAP Göygöl rayon Təşkilatının Nəzarət-Təftiş qrup rəhbərinin hesabat məruzəsi,   Qadınlar Şurasının sədrinin və  Gənclər Birliyinin sədrinin çıxışları dinlənildi.
Daha sonra konfransda Milli Məclisin deputatları  Musa Quliyev, Rövşən Rzayev,  Pərvin Kərimova, YAP mərkəzi Aparatının məsul işçisi Rafayıl Gülməmmədov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək Yeni Azərbaycan Partiyasının və müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini qeyd etdilər və Ulu Öndər tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyasının  bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirildiyini bildirdilər.
Konfransda həmçinin, təşkilatı məsələlərə də baxıldı. Sonda YAP sıralarına yeni üzv olmuş gənclərə partiya biletləri və hədiyyələr təqdim olundu.

Keçidlər