Home Contact Phone facebook twitter youtube instagram
background
  • Ünvan: AZ 2500, Azərbaycan Respublikası, Göygöl rayonu, Azay Kazımov küç 1a
  • Faks: (+994 2220) 5-30-13
  • E-mail: mail@goygol-ih.gov.az

Xəbərlər

  • İlham Əliyev Türkiyənin “Haber Global” tel...

    İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib

    2020-10-12

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.

  • Prezident İlham Əliyev “Sky News” televiziya...

    Prezident İlham Əliyev “Sky News” televiziya kanalına müsahibə verib

    2020-10-10

    Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sky News” televiziya kanalında müsahibəsi yayımlanıb.

  • "Düşmən ölkənin xilasının yeganə yolu...

    "Düşmən ölkənin xilasının yeganə yolu budur" - İlham Əliyev

    2020-10-09

    "Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkir. Onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. İndi o qənimət kimi götürülmüş hərbi texnikadan biz istifadə edirik. Onların tankları onlara qarşı indi döyüş meydanında vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü".

  • Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kan...

    Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib

    2020-10-07

    Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb.

  • Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk te...

    Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib

    2020-10-07

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

  • Prezident, Ali Baş Komandan İlham Əliyevin rəh...

    Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

    2020-10-07

    Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.

  • Azərbaycan Respublikasının Birinci vitse-prezid...

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ermənilərin feyk xəbərləri ilə bağlı Azərbaycan xalqına müraciət edib.

    2020-10-06

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" səhifəsində paylaşım edib. "Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır.Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik.Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram!Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir!Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!"

  • Azərbaycan Prezidenti İlham Əliyevin xalqa MÜR...

    Azərbaycan Prezidenti İlham Əliyevin xalqa MÜRACİƏTİ

    2020-10-05

    - Əziz həmvətənlər. Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib.

    2020-10-05

    Ermənistan müharibə istəyir. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.

  • Prezident atəşkəsin şərtlərini AÇIQLADI

    Prezident atəşkəsin şərtlərini AÇIQLADI

    2020-10-05

    Azərbaycan Prezidenti İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində atəşkəsin şərtlərini açıqlayıb.

  • Prezident: "Madagizin tarixi adını bərpa e...

    Prezident: "Madagizin tarixi adını bərpa edirəm, bundan sonra Suqovuşan adlandırılır"

    2020-10-04

    2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

  • Prezident: “Azərbaycan Ordusu Cəbrayıl şəh...

    Prezident: “Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad edib”

    2020-10-04

    Cəbrayıl şəhəri erməni işğalçılarından azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün "twitter" hesabında paylıaşım edib: "Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!".

  • Mehriban Əliyeva Azərbaycan xalqını təbrik et...

    Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

    2020-10-04

    Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm! Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda qeyd edilir: "Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm! Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! #QarabağAzərbaycandır!"

  • Azərbaycan Prezidenti: “Biz öz torpaqlarımız...

    Azərbaycan Prezidenti: “Biz öz torpaqlarımıza geri qayıdacağıq”

    2020-10-03

    “Azərbaycan geri qaytardığı həmin ərazilərdən geri çəkilməyə hazırlaşmır! Çünki bu ərazilər bizə məxsusdur. Bu ərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanların əsrlər boyu yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb”.

  • Bütün şəhərlərimizin, kəndlərimizin adlar...

    Bütün şəhərlərimizin, kəndlərimizin adları da özünə qaytarılacaq – Azərbaycan Prezidenti

    2020-10-03

    “Xeyr, əlbəttə ki, xeyr! Çünki bu ərazilər bizə məxsusdur. Bu ərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanların əsrlər boyu yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil”.

  • Ali Baş Komandan: “Biz nə ediriksə, özümüz...

    Ali Baş Komandan: “Biz nə ediriksə, özümüz edirik, bizim qabil ordumuz var!”

    2020-10-03

    “Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə, özümüz edirik. Bizim qabil ordumuz var”.

  • Ali Baş Komandan: "Azərbaycan ordusu Madagi...

    Ali Baş Komandan: "Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı!"

    2020-10-03

    Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində ordumuzun növbəti qələbəsilə bağlı paylaşım edib. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı bu sözləri yazıb: "Bu gün #Azərbaycan ordusu #Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır!"

  • Fransa işğalçı Ermənistanı dəstəkləyir

    Fransa işğalçı Ermənistanı dəstəkləyir

    2020-10-02

    Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir. Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir.

  • Dövlət öz əsgərinin yanındadır.

    Dövlət öz əsgərinin yanındadır.

    2020-10-01

    Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

  • Düşmənin 2300 nəfərədək canlı qüvvəsi m...

    Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib

    2020-09-30

    İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir. Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

  • Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istə...

    Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

    2020-09-30

    Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər.

  • Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın ...

    Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib.

    2020-09-30

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. Qəbul zamanı ölkə rəhbəri qeyd edib ki, ölkələrimiz arasında strateji münasibətlər, qardaş münasibətləri bir daha təsdiqləndi. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarıq. Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə iqtisadi məsələlər üzərində diqqət cəmləşdirməliyik.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına müsahibə verib.

    2020-09-30

    Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev müsahibə verib. Ölkə rəhbəri qeyd edib ki, Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var.

  • Azərbaycan xalqı və ölkənin siyasi partiyalar...

    Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır

    2020-09-29

    Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var.

  • Ölkədə hərbi vəziyyətin elan olunması milli...

    Ölkədə hərbi vəziyyətin elan olunması milli birliyə çağırışdır.

    2020-09-29

    Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır. Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir.

əvvəlki [2] növbəti