Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü Göygöl rayonunda qeyd olundu

13 fevral 2017 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin işçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoydular.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin  başçısı cənab Arif Seyidov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək onlara xoş arzularını çatdırdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik Mayıl Şahverdiyev çıxış edərək  Ali Baş komandan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi, bundan sonra da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin işlərinin günün tələbləri səviyyəsində quracaqlarını qeyd etdi.
Tədbirin sonunda bir qrup şəxsə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin fəxri fərmanı, pul mükafatları və  xatirə hədiyyələri təqdim olundu.

Keçidlər