Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın Azərbaycandakı Səfiri Göygöl rayonuna səfər etdi

24 oktyabr 2016 | 16:00

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Mixael Kindsqrab 24 oktyabr 2016-cı il tarixdə Göygöl rayonu ilə tanış olmaq üçün Göygöl şəhərinə səfər etdi. Səfər çərçivəsində cənab Mixael Kindsqrab Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidovla və Millət vəkili cənab Rövşən Rzayevlə görüşdü. Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov qonaqları salamlayaraq rayon haqqında geniş məlumat verdi və qeyd etdi ki, rayonun mərkəzi olan Göygöl şəhərinin əsası 22 avqust 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından gəlmiş alman kolonistləri tərəfindən qoyularaq Helenendorf adlandırılmışdır. İlk dəfə Helenendorfda 124 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda 700-ə yaxın evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Hazırda mövcud olan Şərab zavodunun əsas binasını Forer qardaşları tikmiş, orada şərab və  konyak istehsalı ilə məşğul olmuşlar, Helenendorfda istehsal olunan konyak və pivə bir çox xarici ölkələrə ixrac edilmişdir.
8 avqust 1930-cu ildə mərkəzi Helenendorf olmaqla Nərimanov rayonu təşkil olunmuş. 29 noyabr 1938-ci ildə isə Nərimanov rayonu Xanlar rayonu, mərkəzi Yelenendorf qəsəbəsi isə Xanlar şəhəri adlandırılmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 07 may 2008-ci il tarixli 2801 saylı Sərəncamı ilə Xanlar rayonu Göygöl rayonu, rayonun mərkəzi Xanlar şəhəri Göygöl şəhəri adlandırılmışdır.
Millət vəkili cənab Rövşən Rzayev çıxış edərək qeyd etdi ki,  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Azərbaycanın dünyaya inteqrasiyası, ölkəmizin xarici tərəfdaşları ilə işbirliyinin möhkəmləndirilməsi üçün məqsədyönlü addımlar atır. Bu sahədə Almaniya ilə sıx əlaqələr xüsusi yer tutur və Almaniya Azərbaycanın Avropadakı yaxın dostu və tərəfdaşıdır. Keçmiş Helenendorf, bugünkü Göygöl şəhəri də iki ölkə və xalq arasında dostluğun tarixi təcəssümüdür.
         Səfir cənab Mixael Kindsqrab çıxış edərək  göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdi. Sonra isə qonaqlar Göygöl şəhərinin Almanlar tərəfindən salınmış küçələri və bir sıra tikililəri, şərab zavodunun istehsal sahəsini, zirsəmiləri ilə tanış oldular.

Keçidlər