Şriftin ölçüsü :

Saytın rəngi :

2015-2016-cı tədris ilində ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələrlə Göygöl Rayon İcra Hakimiyyəti Başçısının görüşü keçirilib

30 avqust 2016 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətində 2015-2016 – cı tədris ilində Göygöl rayonu üzrə ali  məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidovun görüşü keçirildi. Görüşdə rayon Təhsil şöbəsinin işçiləri, məktəb rəhbərləri, tələbələr, valideynlər, rayon ağsaqqalları və media nümayəndələri iştirak etdilər.
Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tədbirdə çıxış edərək Göygöl rayonu üzrə ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələri, onların valideynlərini və müəllimləri təbrik etdi,  onlara xoş arzularını çatdırdı və qeyd etdi ki, hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, müxtəlif proqramların icrası bu sahənin maddi-texniki bazasının müasirləşdirilməsinə geniş imkan açıb.
Respublikamızın bütün bölgələrində olduğu kimi, bizim Göygöl rayonunda da geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılır,  eyni zamanda Təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, təhsilin səviyyəsi rayonumuzda artır, ali məktəbə qəbulun nəticəsi ilbəil yüksəlir.
Görüşdə iştirak edən təhsil işçiləri, tələbələr və valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tərəfindən tələbələrə hədiyyələr təqdim olundu.

Keçidlər