Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bağırov Sərxan Azər oğlunun medalı valideynlərinə təqdim olundu

12 may 2016 | 16:00

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Göygöl rayonunun Əlimədədli kəndindən həqiqi hərbi xidmətə çağırılan Bağırov Sərxan Azər oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.
Ailənin tək övladı 19 yaşlı Sərxan Bağırov aprelin 2-də cəbhənin Füzuli rayonu istiqamətində düşmən təxribatının qarşısı alınarkən qəhrəmancasına şəhid olub. 
Göygöl Rayon İcra hakimiyyətinin, Müdafiə Nazirliyinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şəhidin medalı valideynlərinə  təqdim olundu. Tədbirdə əsgərin döyüş yoluna nəzər salındı, Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışıldı, şəhidlərin qanının yerdə qalmayacağına inam ifadə edildi.

Keçidlər