Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Göygöl rayonunda təntənəli şəkildə qeyd edildi

10 may 2016 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulduqdan sonra tədbir keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra Hakimiyyəti Başçısının  inzibati ərazi dairələri  üzrə nümayəndələri, bələdiyyələr,  ağsaqqallar, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Daha sonra Ulu öndərin doğum günü münasibəti ilə rayonun əsas magistral avtomobil yollarının kənarlarında rayon ictimaiyyətinin iştirakı ilə  ağac əkmə kompaniyası həyata keçirildi. Ağac əkmə kompaniyası çərçivəsində 3 minə yaxın müxtəlif növ ağac əkildi.

Keçidlər