Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın və İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə mütəmadi olaraq ölkəmizdə ağacəkmə kampaniyaları keçirilir. Kampaniyaların keçirilməsində əsas məqsəd ölkədə yaşıllıqların artırılması və mövcud yaşıllıq sahələrinin qorunmasına diqqətin artırılmasıdır.
Göygöl rayon inzibati ərazisində yaşıllıqların artırılması çərçivəsində Göygöl rayon icra hakimiyyəti və Ekologiya Nazirliyinin dəstəyi ilə həyata keçirilən ağac əkmə kampaniyası keçirildi.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Göygöl rayonunda da vaksinasiya prosesi davam etdirilir. Bu günə kimi 4878 nəfər, o cümlədən yaşı 65-dən yuxarı 1552 nəfər, 50-65 yaş arası 2841 nəfər, 50 yaşdan aşağı 485 nəfər şəxs peyvənd olunub.
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötür. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi.
Heyvandarlıq kənd təsərrüfatının əsas sahəsi olmaqla əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Heyvandarlıq məhsullarının istehsalının artırılmasının həlli yollarından biri mal-qaranın cins tərkibinin daim yaxşılaşdırılmasıdır. Göygöl rayonunda bu məqsədlə bir sıra işlər görülmüşdür, fiziki və hüquqi şəxslər tərəfindən 2021-ci ilin 3 ayında xaricdən gətirilən damazlıq heyvanlardan lizinq yolu ilə 72 baş alınmış və damazlıq heyvanların sayı artırılaraq rayonda 333 başa çatdırılmışdır. Heyvandarlığın intensiv inkişaf etdirilməsi daha çox məhsul əldə etməyə imkan yaradır.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən qazi Abdıyev Elmin Arif oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
Göygöl rayon Haçaqaya kəndinin su probleminin aradan qaldırılması üçün Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni suartezian quyusu qazılır, həmçinin Göygöl və Gəncə ərazisindən keçən Xanarxın torpaq hissəsi beton üzlüyə alınır. Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcralarının təmizlənməsi işləri də davam etdirilir.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev şəhid Cəbrayılov Elnur Tofiq oğlunun ailəsini ziyarət edib.
Göygöl rayon Mərkəzi kitabxana sisteminin oxu zalında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Göygöl rayon Ağsaqqallar şurasının iclası keçirilib. İclasda Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Respublika Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və rayon ağsaqqalları iştirak ediblər.
Bütün ölkədə olduğu kimi Göygöl rayonunda da koronavirus pandemiyasına qarşı vaksinləşmə prosesi uğurla davam etdirilir. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev koronavirus (COVİD-19) pandemiyasına qarşı I doza ilə vaksin olunmuşdur. Turani Əliyev vaksin vurulduqdan sonra heç bir əks təsirinin olmadığını vurğulayaraq rayon sakinlərinə vaksinləşmə prosesində aktiv olmalarını tövsiyə etmişdir.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev qazi Bayramov Nizami Fizuli oğlunu ziyarət edib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının Dozular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə yeni kadr təyinatı olub.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev və Göygöl rayon Qarabağ əlillərinə qayğı ictimai birliyinin sədri Araz Abbasov qazi Mehdiyev Namiq Nürəddin oğlunu ziyarət edib.
5 mart 2021-ci il tarixdə Göygöl Gənclər Mərkəzində, Nazirlər kabineti yanında Operativ Qərərgahın təsdiq etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya qaydalarına əməl etməklə, 2020-ci ildə idmanda yüksək nailiyyətlər əldə etmiş bir qrup idmançılar və Vətən müharibəsində uğurla xidmət göstərmiş idmançılarla görüş keçirilmiş və təltif edilmişlər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev və Göygöl rayon Qarabağ əlillərinə qayğı ictimai birliyinin sədri Araz Abbasov qazi Məmmədov Elvin Tahir oğlunu ziyarət edib. Göygöl şəhər sakini Məmmədov Elvin Tahir oğlu 30 sentyabr 2020-ci il tarixdə N saylı hərbi hissənin tərkibində Murovdağ istiqamətində gedən döyüşlərdə sol qolundan və sağ ayağından yaralanmışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir.
2-5 mart tarixlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi, Göygöl Rayon Gənclər və İdman İdarəsi və Göygöl Təhsil Mərkəzi abituriyent hazırlığı kursunun Göygöl filialının birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" formatında keçirilən "Nizami kuboku" başa çatdı. Turnirdə 22 komandadan ümumilikdə 88 iştirakçı iştirak etdi və turnir üzrə ilk 3 yeri tutan komandalar kubok və diplomlarla təltif olundu.
"Göygöl 2021-ci il Gənclər Paytaxtı" layihəsi çərçivəsində rayon Gənclər və İdman idarəsi, Göygöl Təhsil Mərkəzi abituriyent hazırlıq kursunun Göygöl filialı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" formatında rayon ümumtəhsil məktəblərinin 7-9 sinif şagirdləri arasında "Nizami Kuboku" uğrunda yarış keçirilib. Yarışda 4 komandadan birinci yarımfinal oyunlarının iştirak hüququ qazanılıb.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyevin müvafiq əmrinə əsasən Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin böyük məsləhətçi vəzifəsinə Abbaszadə Sadiq Cavan oğlu, İcra Hakimiyyətinin baş mütəxəsis vəzifəsinə isə Hacıyev Yusif Faiq oğlu təyin olunublar.
XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən, xalqımızın yaddaşında dərin izlər buraxmış Xocalı soyqırımından 29 il keçir. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Göygöl Gənclər İdman Idarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi ilə birgə keçirilən müsabiqədə çox sayda məktəblilər iştirak etmişdir. Qaliblər mükafatlandırılmışdır.
26.02.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Göygöl Rayon Təşkilatının təşkilatçılığı ilə "Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayət" mövzusunda onlayn videokonfrans keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin əməkdaşları və Gənc Könüllüləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq Gəncə şəhərində yerləşən Soyqırım Abidəsini ziyarət ediblər. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin təşkilatçılığı ilə gənclər Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Xocalıdan məcburi köçkün düşmüş ailələr ilə görüşüblər.Onlar Xocalı soyqırımı zamanı baş verən hadisələrdən, erməni vəhşiliyindən danışıblar.Gənclərimiz ailələr ilə həmsöhbət olub, dəstəklərini nümayiş etdiriblər
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ölkədə olduğu kimi Göygöl rayonunda da koronavirus (COVİD-19) pandemiyasına qarşı vaksinasiya işi uğurla davam edir. Hazırda 50 yaşdan yuxarı insanlar arasında koronavirus pandemiyasına qarşı vaksinləşmə həyata keçirilir.
Gənclər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu" tərəfindən çəkilmiş “Cəhənnəmi görmüş pilot” sənədli filminə baxıblar və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin təşkilatçılığı ilə Gənclər Mərkəzində "Qanla yazılan tarix unudulmur" adlı Xocalı soyqırımına həsr edilmiş rəsm müsabiqəsi keçirildi.