Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, Göygöl!

25 avqust 2025 | 09:46
Şəhid İsgəndərov Mikayıl Vəkil oğlu 10 fevral 1997-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 2003-cü ildə Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2015-ci ilin aprel ayından 2016-cı ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Mikayıl İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 15 yanvar 2021-ci il tarixdə Göygöl rayonunun Topalhəsənli kənd qəbristanlığında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Keçidlər