Sabahın xeyir, Göygöl!
22 sentyabr 2025 | 09:51
XIX əsrin əvvəllərində Almaniyadan gəlmiş kolonistlər tərəfindən salınmış Göygöl şəhərində alman mədəni irsi bu gün də öz izlərini yaşatmaqdadır. Həmin dövrdə Helenendorf adı ilə tanınan bu yaşayış məntəqəsində almanlar tərəfindən əkilmiş çinar ağacları bu gün də şəhərin əsas küçələrini bəzəməkdədir.
Bu uca və əsrarəngiz çinar ağacları təkcə yaşıllıq deyil, həm də regionun tarixi-mədəni kimliyinin ayrılmaz hissəsidir. Şəhərsalma və abadlıq sahəsində alman mühacirlərin verdiyi bu töhfələr, Göygölün memarlıq siması ilə yanaşı, ekoloji tarazlığına da müsbət təsir göstərmişdir.
Hazırda bu ağacların qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə lazımi tədbirlər həyata keçirilir.







