Sabahın xeyir, #Göygöl!
14 iyul 2025 | 11:05
Göygöl rayonu əsasən kənd təsərrüfatı rayonudur. Göygöl rayonu Azərbaycanın qərb bölgəsində yerləşir və təbii resursları kənd təsərrüfatı üçün əlverişlidir.
Rayonda 56888 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Ondan 13027 hektar torpaq sahəsi əkinə yararlı torpaq sahələridir. Əkinə yararlı torpaq sahəsindən 10572 hektarı suvarılan torpaqlardır.
Göygöl rayonunun ərazisində 2025-ci ilin məhsulu üçün 4857,0 ha payızlıq dənli-taxıl bitkilərinin əkini aparılmışdır. Hazırda rayon ərazisində biçin işləri aparılır. Bu günə kimi 1904,0 ha sahədə arpa, 910,0 ha sahədə isə buğda məhsulu biçilərək tədarük edilmişdir. Bu günədək sahələrdən 2766,0 ton buğda, 5771,0 ton arpa məhsulu yığılmışdır.
Qeyd edirik ki, rayonda taxıl biçininə "Aqroservis" ASC-nin və rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsus 22 ədəd taxılbiçən kombayn cəlb olunub. Rayonda kombaynlara olan tələbat əvvəlcədən müəyyən edilmişdir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilmişdir. Sözügedən sistemə nəzarət isə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.
Hazırda rayon ərazisində taxıl biçini davam etdirilir. Məhsulun vaxtında və itkisiz yığılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilmişdir.







