Göygöl rayonunda şəhid övladları üçün “Qəhrəman övladları” adlı yaylaq düşərgəsi təşkil olunub
03 iyul 2025 | 18:23
«Cavad Xan» Tarix və Mədəniyyət Fondu və “Qardaşlıq” milli-vətənpərvərlik qrupunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA), Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, “Kap.az” fərqli turizm, “Kolorit” və “Gənclənd” şirkətlərinin tərəfdaşlığı ilə 30 iyun-5 iyul 2025 il tarixlərində Xüsusi Təyinatlı Qüvvələrin(XTQ) şəhidlərinin ailələri üçün Göygöl rayonu ərazisində yerləşən «XAN YURDU» etnoqəsəbəsi ərazisində yaylaq düşərgəsi təşkil edilmişdir.
Layihə çərçivəsində Xüsusi Təyinatlı Qüvvələr mənsubu olan şəhidlərin 70 övladı və həyat yoldaşları üçün orijinal alaçıqlarda yerləşmə, qidalanma, nəqliyyat xidmətləri, maraqlı gəzintilər və ekskursiyalar, təlim və ustad dərsləri, çeşidli əyləncə proqramlar və oyunlar həyata keçirilir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tədbirin açılış mərasimində iştirak etmişdir.