Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli”ndə növbəti ağacəkmə aksiyası təşkil olunub
13 may 2025 | 20:05
Ulu Öndər Heydər Əliyevin 102 illiyi və 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Rayon İcra Hakimiyyəti və 10 saylı (Göygöl) Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Göygöl Rayon İcra Hakimiyyəti, 10 saylı (Göygöl) Regional Meşə Təsərrüfatı Mərkəzi, Göygöl Milli Parkı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları iştirak etmişdir. Hacıkənd meşəbəyliyinin 4-cü kvartalında təşkil olunmuş aksiyada 50 nəfər iştirak etmiş və 1 ha ərazidə 330 ədəd fıstıq tingi əkilmişdir.







