Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Aqroturizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilib

01 oktyabr 2025 | 18:20
Göygöl Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında “Aqroturizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilib. Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin, Göygöl Peşə Məktəbinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinin, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin, Rabitəbank Gəncə filialının, Ziraat Bank Gəncə filialının, Bank BTB Gəncə filialının və digər aidiyyəti qurumlarının nümayəndələri, eləcə də rayonda əkinçilik və ictimai iaşə sahəsində fəaliyyət göstərən 20 sahibkarlıq subyekti iştirak edib.
Tədbirdə KOBİA-nın, Dövlət Turizm Agentliyinin və digər dövlət qurumlarının bu sahə üzrə birgə həyata keçirilən layihələr barəsində məlumat verilib. Aqroturizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri və müraciətləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər