Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” ərəfəsində pedaqoji kollektivlərlə görüşlər təşkil olunub

03 oktyabr 2025 | 16:28
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ”5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” ərəfəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, yerli hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri rayonun ümumtəhsil məktəblərində pedaqoji kollektivlərlə görüşmüş, müəllimləri Peşə Bayramı Günü münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıblar. Görüşlərdə edilən çıxışlarda qeyd olunub ki, cəmiyyətin inkişafında misilsiz rol oynayan, gələcək nəslin formalaşmasında əvəzsiz xidmətləri olan müəllimlər bu gündə xüsusi ehtiram və hörmətlə yad edilir. Ulu Öndər Heydər Əliyev müəllim peşəsini həmişə yüksək qiymətləndirmiş, müəllimləri cəmiyyətin ən şərəfli və məsuliyyətli təbəqəsi adlandırmışdır. Onun sözləri ilə desək, “Müəllimlik peşəsi ən şərəfli peşədir. Çünki müəllim gələcəyimizi – uşaqlarımızı tərbiyə edir.” Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bu gün də Ulu Öndərin təhsil sahəsində qoyduğu möhkəm təməl Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil sahəsində genişmiqyaslı islahatlar aparılır, müəllimlərin sosial rifahı yaxşılaşdırılır, məktəb infrastrukturu yenilənir, təhsilin keyfiyyəti yüksəldilir və beynəlxalq standartlara uyğunlaşdırılır.
Təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər