Göygöl rayonunda 27 sentyabr – Anım Gününə həsr olunmuş əğacəkmə aksiyası təşkil olunub
27 sentyabr 2025 | 16:49
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Göygöl rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüququ-mühafizə orqanlarının və digər təşkilatların rəhbər şəxsləri, idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər. Ağacəkmə aksiyası çərçivəsində 500-dən çox şam, çinar və dekorativ ağaclar əkilmişdir.







